İnsanlara hürriyət, millətlərə istiqlal!

İran mollaları xalqı casus ovuna çıxardı: Gecə eynək taxan, şlyapa qoyan hər kəs “İsrail agenti” sayılır!

Musavat.com xəbər verir ki, Wall Street Journalın məlumatına görə, İranın molla rejimi İsrailin casuslarını və onlarla əməkdaşlıq edənləri aşkarlamaq məqsədilə əhalini cəlb etməklə genişmiqyaslı əməliyyatlara başlayıb. Ölkədə artan paranoya fonunda Tehran küçələrində nəzarət məntəqələri qurulub, silahlı qüvvələr şəhəri patrul edir, polis və kəşfiyyat orqanları isə yüzlərlə insanı həbs edib.

Tehranda insanlar küçələrdə saxlanılır, avtomobilləri, telefonları və kompüterləri yoxlanılır. İran hökuməti vətəndaşları casus ovuna qoşulmağa çağırır və kəşfiyyat orqanları əhaliyə casusları necə tanımağın “absurd” üsullarını təqdim edir.

Məsələn:

• Gecə vaxtı gün eynəyi taxan və ya İranda nadir rast gəlinən şlyapa geyinən şəxslər dərhal şübhəli sayılmalıdır.
• Kəşfiyyat casusların evlərinə “adi olmayan vaxtlarda gələn və gedən” insanları, həmçinin daim pərdələri çəkili saxlayan ailələri izləməyi tövsiyə edir.
• İran xüsusi xidmət orqanlarının fikrincə, yükü örtülü pikaplar və gecə saatlarında hərəkət edən furqonlar da casus şəbəkələrinin izinə işarədir.

Bununla yanaşı, İranda şpionluqda ittiham olunan şəxslərin işləri üzrə məhkəmə prosesləri sürətləndirilib və edam hökmlərinin icrası intensivləşdirilib. Beynəlxalq müşahidəçilər xəbərdarlıq edirlər ki, İran hakimiyyəti İsrail agentlərinə qarşı mübarizə bəhanəsindən daxildə rejimi tənqid edənləri susdurmaq və aradan qaldırmaq üçün istifadə edə bilər.

Amnesty Internationalın məlumatına görə, yalnız son iki həftə ərzində İsraili dəstəkləməkdə ittiham olunaraq İranda min nəfərdən çox insan həbs olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyun 2025

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR