İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda Şəhid Rəcai limanındakı partlayışla əlaqədar iki nəfər saxlanılıb

İran iqtidarı Şəhid Rəcai limanındakı partlayışla əlaqədar iki nəfəri saxlayıb.

Məlumata görə, saxlanılanlardan biri özəl şirkətdə işləyir, digəri isə dövlət qulluğunda çalışır.

İstintaq davam edir, baş verənlərin bütün təfərrüatlarını aydınlaşdırmaq üçün “əlavə araşdırmalar” aparılması tələb olunur.

Xatırladaq ki, aprelin 26-da Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında güclü partlayış baş verib. İran Daxili İşlər Nazirliyi hadisənin səhlənkarlıq nəticəsində baş verdiyini bildirib.

Partlayış və yanğın nəticəsində 70 nəfər ölüb.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR