Onlayn ictimai-siyasi qəzet
ABŞ İranın dondurulmuş aktivlərini blokdan çıxarmağa razılaşarsa və onun dinc məqsədlərlə zənginləşdirmə hüququnu tanıyarsa, Tehran uranın zənginləşdirilməsini bir il müddətinə dayandıra bilər.
Musavat.com xəbər verir ki, məlumatı İran mənbələrinə istinadən Reuters agentliyi yayıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ İranın şərtlərini qəbul edərsə, iki tərəf “siyasi razılaşma” əldə edə biləcək. Qeyd olunur ki, amerikalı danışıqlar qrupu ilə məsələ hələ müzakirə edilməyib. Belə bir razılaşmanın şərtlərinə görə, İran bir il ərzində uranın zənginləşdirilməsini dayandıracaq. Yüksək dərəcədə zənginləşdirilmiş ehtiyatların bir hissəsi digər ölkələrə çatdırılacaq və ya dinc məqsədlər üçün yanacağa çevriləcək.
Reuters yazır ki, ABŞ dəfələrlə bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı yeni saziş zənginləşdirmənin tam dayandırılmasını nəzərdə tutmalıdır ki, bu da nüvə silahı yaratmaq üçün həyata keçirilə bilər. İran dəfələrlə bəyan edib ki, belə silahlar yaratmaq niyyətində deyil.
Musavat.com
30 May 2025
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ