Onlayn ictimai-siyasi qəzet
Bəzi beynəlxalq neft və qaz şirkətləri Yaxın Şərqdə hərbi gərginliyin artması səbəbindən İraqdakı yataqlardan işçilərini təxliyə edirlər.
Musavat.com xəbər verir ki, məlumatı İraq Xəbər Agentliyi dövlətə məxsus Bəsrə Neft Şirkətinə (BOC) istinadən yayıb.
Şirkətdən bildiriblər ki, evakuasiya istehsal prosesinə təsir etməyib. İşçilərini müvəqqəti təxliyə edənlərdəb biri “Rumaila” yatağında fəaliyyət göstərən Britaniyanın BP şirkətidir. Bildirilir ki, İraqlı mütəxəssislər uzaqdan operatorla əməkdaşlıq edərək istehsal prosesini tam şəkildə idarə edir və izləyirlər.
BOC-un məlumatına görə, İtaliyanın Eni şirkəti də tədricən işçilərin sayını 260-dan 98-ə endirib. Qərbi Qurna-1, Siba və Feiha layihələrini idarə edən Çin şirkətləri əməkdaşlarını təxliyyə etmir, "iş davam edir və rəvandır".
BOC qeyd edib ki, Rusiyanın LUKOIL layihələrində işçi heyəti obyektlərdən evakuasiya edilmədən iş davam edir, Fransanın Total şirkəti isə öz işçilərinin 60 faizini təxliyə edib, lakin bu, neft əməliyyatlarına təsir göstərməyib.
İraqın may ayında gündəlik neft hasilatı 4 milyon barel olub ki, bu da ötən ay sutkada 9,14 milyon barel hasil edən Səudiyyə Ərəbistanından sonra OPEC ölkələri arasında ikinci ən yüksək göstərici olub.
Musavat.com
24 Iyun 2025
23 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ