İnsanlara hürriyət, millətlərə istiqlal!

İraqın şimalında 5 türk əsgəri şəhid oldu

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında terrorçulardan təmizlənmiş mağarada apardığı axtarış-tarama əməliyyatı zamanı metan qazına məruz qalan 19 əsgərdən 5-i şəhid olub.

Musavat.com xəbər verir ki, hadisə zamanı qazdan zəhərlənən digər 14 hərbçi xəstəxanaya yerləşdirilib. Rəsmi mənbələrin verdiyi məlumata görə, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, məsələ ilə bağlı araşdırma aparılır.

Şəhid olan əsgərlərin kimliyi yaxın saatlarda açıqlanacaq.

Türkiyə Müdafiə Nazirliyi başsağlığı mesajı yayıb və şəhidlərin ailələrinə dəstək göstəriləcəyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyul 2025

06 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR