Onlayn ictimai-siyasi qəzet
İrəvan Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı yepiskop Anuşavan Jamkoçyan tutduğu vəzifədən azad edilib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Bildirilir ki, yepiskop Anuşavan Jamkoçyanın səlahiyyət müddəti başa çatıb. Artıq fakültənin dekanı vəzifəsinə yeni müsabiqə elan olunub.
Universitet Jamkoçyanın işdən çıxarılmasının biznesmen Samvel Karapetyana dəstək aksiyalarında iştirakı ilə bağlılığı barədə xəbərləri təkzib edib.
Musavat.com
11 Iyul 2025
10 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ