İnsanlara hürriyət, millətlərə istiqlal!

İşəgötürənlər buna görə 2 643 000 manat cərimələnib

Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik hesabatını parlamentə təqdim edib.

Musavat.com-un xəbərinə görə, Milli Koordinator bildirib ki, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən tikinti obyektlərində əmək münasibətlərinin tənzimlənməsi məqsədilə keçirilmiş 30 səyyar yoxlama zamanı 1002 işçidən 57-nin əmək və ya xidməti (mülki) müqaviləsinin olmadığı aşkarlanmış, 12 işəgötürən hüquqi və fiziki şəxs barəsində 105 000 manat məbləğdə inzibati cərimə tətbiq edilib.

S.Əzimov qeyd edib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin vətəndaş müraciətləri əsasında apardığı yoxlamalarla isə 676 şəxsin əmək müqaviləsi olmadan işləməsi müəyyən edilərək işəgötürənlər ümumilikdə 2 643 000 manat məbləğdə, habelə 7 fakt üzrə işçini əmək funksiyasına aid olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə aidiyyəti vəzifəli şəxslər 8 min manat məbləğdə cərimələnib.

Milli Koordinator bildirib ki, daxil olan müraciətlərə baxılması zamanı aşkarlanmış 15 yaşına çatmamış şəxsi işə cəlb etməklə bağlı daha iki fakt üzrə təqsirkar şəxslər barəsində ümumilikdə 4 min manat inzibati cərimə tətbiq edilib:

“Hesabat ilində İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1 məcburi əmək faktı əsasında 1 cinayət işi başlanılmış və aparılmış araşdırmalarla həmin cinayətlərdən zərər çəkmiş şəxslərin ölkə daxilində məcburi dilənçiliyə məruz qalması müəyyən olunub”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR