Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığı aparıb. Tərəflər ikitərəfli gündəlikdəki cari məsələləri müzakirə ediblər.
Həmçinin İranın nüvə proqramı ətrafında vəziyyət və Cənubi Qafqazla bağlı məsələlər müzakirə olunub.
Putin Pezeşkianı Ankoricdə ABŞ prezidenti Donald Trampla görüşün əsas nəticələri barədə məlumatlandırıb.
Öz növbəsində, Pezeşkian Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş davam edən diplomatik səyləri dəstəklədiyini bildirib.
İki ölkə liderləri Çində keçiriləcək ŞƏT sammitində görüşmək barədə razılığa gəliblər.
Hazırda Vladimir Putinlə Vaşinqtonda elan edilən mümkün görüşə hazırlıq gedir. Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə Norveçin Baş naziri Yonas Qahr Stjore ilə birgə mətbuat konfransında belə deyib.
"Bizim bir sıra görüşlərimiz olub və bu gün bu mövzunun davamı olaraq, Rusiya tərəfi ilə gələcək görüşlərin mümkünlüyü ilə bağlı hazırlıqların işlənib hazırlanması məqsədilə Kelloq (Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq) ilə görüş olacaq. Həftənin sonunda Ukrayna və Amerika komandaları arasında görüş olacaq", - Zelenski qeyd edib.
Onun sözlərinə görə, həftə ərzində Ukraynanın müttəfiqləri arasında bir sıra görüşlər keçiriləcək. Bu gün Ukrayna hərbi rəhbərliyi tərəfdaşları ilə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqları davam etdirir: "Bizim təhlükəsizlik zəmanətləri üçün əsas planımız olacaq. Hesab edirəm ki, təfərrüatlar üçün daha çox vaxt lazım olacaq. Və bundan sonra biz rusların Amerikanın təklif etdiyi, Ukraynanın Avropa liderlərinin iştirakı ilə dəstəklədiyi konfiqurasiyaya hazır olub-olmadığını anlamaq istəyirik - ikitərəfli, sonra üçtərəfli görüş üçün".
Rusiya ordusu yenidən 104 ədəd raket və İran istehsalı “Shahed” pilotsuz təyyarəsi ilə Ukraynanın müxtəlif bölgələrinə hava zərbələri endirib.
Bu barədə Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələrinin "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, hücumlarda Ukrayna Müdafiə Qüvvələri tərəfindən 76 ədəd “Shahed” PUA-sı zərərsizləşdirilib.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi hərbi ekspert Azad İsazadə ilə müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
27 Avqust 2025
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ