İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniyadan Məkkəyə atla – 8 min kilometrlik həcc səfəri - VİDEO

İspaniyanın cənubundakı Andalusiya bölgəsindən bir qrup müsəlman zəvvar Məkkəyə atla yola çıxıb. Məqsəd – 8 min kilometrlik yolu qədim ənənəyə uyğun şəkildə qət edərək Həcc ziyarətini yerinə yetirməkdir.

Musavat.com xəbər verir ki, bu qeyri-adi və maraqlı hadisə barədə BBC video - reportaj yayıb. Bildirilir ki, Andalusiyadan çıxan zəvvarlar həcc ibadətinə müasir nəqliyyat vasitələri ilə deyil, at belində getməyi qərara alıblar. Onlar bu səfərlə həm İslamın ilk dövrlərindəki zəvvarların ruhunu yaşatmaq, həm də qədim İpək Yolunun və Əndəlusun mədəni irsini yad etmək istəyirlər.

Səfərin başlanğıc nöqtəsi İspaniyanın Granadası olub. Zəvvarlar səfər ərzində Fransa, İtaliya, Balkan ölkələri, Türkiyə, Suriya və İordaniyadan keçərək Səudiyyə Ərəbistanına çatmağı planlaşdırırlar.

Qrup üzvləri BBC-yə bildiriblər ki, bu səyahət yalnız fiziki yox, həm də mənəvi bir yolçuluqdur. Onlar gündəlik 30-35 kilometr məsafə qət edərək həm atlara qulluq edir, həm də namazlarını açıq havada qılaraq dini ibadətlərini yerinə yetirirlər.

Andalusiya – bu gün İspaniyanın cənubunda yerləşən muxtar bölgə olsa da, orta əsrlərdə Əndəlus adı ilə İslam mədəniyyətinin parlaq dövrünə ev sahibliyi etmişdi. Zəvvarlar bu tarixi bağlılığı da səfərlərinin mənəvi motivasiyası kimi qeyd ediblər.

Zəvvarların bu səfəri sosial şəbəkələrdə və beynəlxalq mediada böyük maraqla qarşılanıb.

Allah qəbul etsin.

@@TVmusavat/116901@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2025

09 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR