Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, bu gün İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş Qərargah rəisi Herzi Halevi Qəzza zolağında xidmət edən oğlu, polkovnik-leytenant A. ilə görüşüb.
Görüş Qəzza bölgəsindəki hərbi mövqelərdən birində baş tutub. İsrail mediasının yazdığına görə, görüş simvolik xarakter daşıyıb və şəxsi səfər çərçivəsində gerçəkləşib.
Qeyd edək ki, Halevin oğlu hazırda Qəzzada hərbi xidmətini davam etdirir və aktiv əməliyyat bölgəsində yerləşən bölmələrdən birində xidmət aparır. Görüş zamanı təhlükəsizlik qaydalarına maksimum riayət edildiyi bildirilib.
Musavat.com
22 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ