Onlayn ictimai-siyasi qəzet
İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, HƏMAS-ın heç bir lideri — nə siyasi, nə də hərbi qanad nümayəndəsi — toxunulmazlıq qazanmayacaq.
“HƏMAS-ın heç bir lideri üçün immunitet olmayacaq — nə kostyum geyinənlər, nə də tunellərdə gizlənənlər üçün,” – deyə Kats vurğulayıb.
Musavat.com xəbər verir ki, nazir bu sözlərlə Qətərin paytaxtı Dohada yerləşən HƏMAS-ın siyasi rəhbərliyinə işarə edib. O əlavə edib ki, İsrail ordusuna HƏMAS-ın bütün hədəflərinə qarşı qətiyyətlə hərəkət etmək əmri verilib.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ