İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu bu şəhərin tam evakuasiyasını əmr etdi – “Güclü hücum başlayır”

İsrail Müdafiə Ordusu  Qəzza zolağının cənubundakı Xan-Yunis şəhərinin tam evakuasiyası barədə əmr verib.

Musavat.com xəbər verir ki, ordunun yaydığı rəsmi məlumatda Xan-Yunis, Abbəsan və Bani-Suxeyla sakinlərinə təcili olaraq şəhəri tərk edib humanitar zona elan edilən Mavasi bölgəsinə keçmək çağırışı edilib.

Bildirilir ki, bu addım bölgədə fəaliyyət göstərən “terror təşkilatlarını məhv etmək məqsədilə” həyata keçiriləcək güclü hücum ərəfəsində atılıb.

İsrail ordusu əlavə edib ki, bu andan etibarən Xan-Yunis rəsmi şəkildə döyüş zonası elan olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 May 2025

BÜTÜN XƏBƏRLƏR