İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Qəzzanı tam işğal etməyi planlaşdırır – Ordu geri çəkilməyəcək

İsrail hökuməti Qəzza zolağının tam ələ keçirilməsi və uzunmüddətli hərbi nəzarətin saxlanılması barədə yeni planı təsdiqləyib.

Musavat.com xəbər verir ki, bu barədə "Associated Press" iki israilli rəsmiyə istinadla məlumat yayıb.

Planın məqsədi HƏMAS-ın məhv edilməsi və girovların azad olunmasıdır. Bu strategiya İsrail ordusunun Qəzzanın cənubuna doğru genişmiqyaslı irəliləməsini nəzərdə tutur və humanitar böhranın daha da dərinləşməsi ehtimalını artırır. Hazırda İsrail artıq bölgənin təxminən 50%-ni nəzarət altına alıb.

Sənəddə həmçinin HƏMAS-a humanitar yardımın ötürülməsinin qarşısını almaq üçün mexanizmlər təklif olunur. İsrail tərəfi BMT-yə yeni yardım bölgüsü modeli təklif edib: özəl mühafizə şirkətləri, tanınma sistemləri və SMS bildirişləri ilə idarə olunan logistik mərkəzlər. BMT isə bu təklifi rədd edərək bildirib ki, bu mexanizm onun humanitar prinsiplərinə ziddir və əhalinin məcburi köçürülməsi riski yaradır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 May 2025

BÜTÜN XƏBƏRLƏR