Onlayn ictimai-siyasi qəzet
Təl-Əviv yaxınlığındakı Bat-Yam qəsəbəsinə İranın endirdiyi zərbədən sonra İsrail Tehranda növbəti 24 saat ərzində genişmiqyaslı hücum əməliyyatlarına hazırlaşır.
Musavat.com xəbər verir ki, bu barədə israilli jurnalist Hallel Biton Rosen məlumat verib.
“Biz Tehrandakı mülki vətəndaşlara təxliyə ilə bağlı xəbərdarlıq göndərmişik və oraya tezliklə güclü zərbə endirəcəyik”, - deyə İsrailin müdafiə naziri İsrael Kats hadisə yerini ziyarət edərkən bildirib.
İsrailin 14-cü televiziya kanalı isə iddia edir ki, Pakistan, Çin və Rusiya İrana raketlər də daxil olmaqla hava yolu ilə yüklər göndərərək yardım edir.
Eyni zamanda, İran hökumətinin sözçüsü Fatimə Mahacrəni bəyan edib ki, bu axşamdan etibarən Tehran metrosunun stansiyaları fövqəladə vəziyyət halında sığınacaq kimi istifadə olunması üçün gecə-gündüz açıq olacaq.
Musavat.com
15 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ