İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail təyyarəsi öz ərazisinə BOMBA ATDI

İsrail Ordusunun sözçüsü Aviçay Adrae "X" sosial şəbəkəsində yaydığı açıqlamada, İsrailə məxsus döyüş təyyarəsinin "texniki nasazlıq" səbəbindən ölkənin şimalına bomba atdığını bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. 

Adraenin sözlərinə görə, təhlükəsiz enişi təmin etmək məqsədilə idarə olunan sursatları atmaq istəyən təyyarə ölkənin şimalında yerləşən əraziyə bomba buraxıb.

O, sursatın təyyarənin enişinə mane olan texniki nasazlıq səbəbindən düşdüyünü iddia edib və hadisə ilə bağlı araşdırma başladıldığını qeyd edib.

Qeyd olunur ki, aprelin 15-də də İsrailə məxsus başqa bir döyüş təyyarəsi texniki nasazlıq səbəbindən Qəzza zolağındakı hədəf əvəzinə, İsrailin Qəzza sərhədi yaxınlığında yerləşən Nir Yitzhak yaşayış məntəqəsini vurub.

Həmin hadisədə insan tələfatı və xəsarət qeydə alınmayıb və məsələ ilə bağlı araşdırma aparılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR