İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİON İDDİA: Uitkoff Putinlə görüşlərdə protokolu POZUB

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi üç görüşün heç birinə ABŞ-dan tərcüməçi aparmayıb.

Musavat.com xəbər verir ki, bu barədə "NBC News" danışıqlarla tanış olan üç rəsmiyə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, Uitkoff bunun əvəzinə Kreml tərcüməçilərindən istifadə edib ki, bu da diplomatik protokollara ziddir.

Mənbələrin bildirdiyinə görə, Uitkoff rus dilini bilmədiyi üçün Putinlə tərcüməçilər arasında gedən danışıqları tam başa düşə bilməyib.

Bu isə həm tərcümənin dəqiqliyinin yoxlanılmaması, həm də vacib məqamların qaçırılması riski yaradıb. İki keçmiş amerikalı səfir bu cür praktikanın yüksək səviyyəli danışıqlarda təhlükəli ola biləcəyini təsdiqləyib.

Ağ Evin mətbuat katibinin müavini Anna Kelli bildirib ki, Uitkoff “bütün təhlükəsizlik protokollarına Dövlət Departamenti ilə koordinasiyalı şəkildə əməl edir”. Lakin Uitkoffun nümayəndələri NBC-nin sorğusuna cavab verməkdən imtina ediblər.

Kreml tərəfindən yayımlanan 25 aprel görüşünün videosunda Uitkoffun yanında nə müşavir, nə də ekspert var. Halbuki adətən amerikalı rəsmiləri belə görüşlərdə müşayiət edən nümayəndələr olur. Putinlə yanaşı görüşdə onun köməkçisi Yuri Uşakov və beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edib.

NBC əlavə edir ki, Uitkoffun şəxsi təyyarəsində şifrəli rabitə sistemi yoxdur. Buna baxmayaraq, o, ABŞ səfirliyindən məxfi zənglər edib və mühafizəli mobil telefondan istifadə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 May 2025

BÜTÜN XƏBƏRLƏR