Onlayn ictimai-siyasi qəzet
İsrail ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb.
Musavat.com xəbər verir ki, məlumatı İsrailin baş naziri Benyamin Netanyahu jurnalistlərə açıqlayıb. O, Ağ Evdə Trampla görüşündə deyib: "Cənab prezident, mən Nobel Mükafatı Komitəsinə göndərdiyim məktubu sizə təqdim etmək istəyirəm. Orada sizi sülh mükafatına təqdim edirik, siz buna layiqsinid".
O, həmçinin bildirib ki, Trampın rəhbərliyi altında o, İsrailin “bütün Yaxın Şərqlə” sülh əldə edə biləcəyinə inanır: “Bu, təhlükəsizlik məsələlərini İsrailin daimi nəzarəti altında saxlamaqla fələstinlilərin özlərini idarə etmələrinə icazə verilməsini əhatə edəcək”.
Jurnalistlərə açıqlama verən Tramp Nobel Sülh Mükafatına namizədliyinin onun üçün yenilik olduğunu bildirib. O, Netanyahuya deyib: “Bu, sizin ifadənizdə çoxmənalı səslənir”.
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ