İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail və Suriya arasında 25 ildə ilk: Nazirlər görüşdülər...

İsrail və Suriya nazirləri son 25 ildə ilk dəfə yüksək səviyyəli danışıqları keçiriblər.

Musavat.com Axios-a istinadən xəbər verir ki, görüş Parisdə ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Tom Barakın vasitəçiliyi ilə keçirilib.

Portalın məlumatına görə, danışıqlarda İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Suriyanın keçid hökumətindəki Xarici İşlər Nazirliyinin rəhbəri Əsəd əl-Şeybani iştirak ediblər. Dörd saat davam edən görüşdə əsas mövzu ölkələr arasında gərginliyin azaldılması olub. İsrail mənbələri Axios-a bildiriblər ki, tərəflər Suriyanın cənubunda təhlükəsizlik və atəşkəs barədə razılığa gəlmək niyyətində olublar.

Qeyd olunur ki, İsrail və Suriya son aylarda artıq bir neçə görüş keçirib, onlardan biri də Bakıda baş tutub.

Portal iddia edir ki, Paris danışıqları ölkələr arasında etimadın möhkəmləndirilməsi üçün ilk addım olacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

28 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR