Onlayn ictimai-siyasi qəzet
Tehranda yerləşən İran Xarici İşlər Nazirliyinin (XİN) binası İsrailin son hava hücumları nəticəsində dağılıb.
Musavat.com xəbər verir ki, ilkin məlumata görə, hadisə yerinə təcili yardım və xilasedicilər cəlb olunub. Rəsmi mənbələr hələlik hücumun nəticələri ilə bağlı ətraflı məlumat yaymayıb.
Xatırladaq ki, İsrail son günlərdə İran ərazisindəki müxtəlif strateji obyektlərə aviazərbələr endirir. Tel-Əviv bu hücumları "özünümüdafiə tədbiri" adlandırsa da, Tehran hadisəni dövlət suverenliyinə qarşı açıq təcavüz kimi qiymətləndirir.
Musavat.com
16 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ