İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda gərgin gün

Gün ərzində Rusiya-Ukrayna nümayəndələri arasında danışıqlar bir neçə dəfə ertələndi, qarşılıqlı ittihamlar...

Mayın 15-də İstanbulda dünyanın diqqətlə izlədiyi Rusiya-Ukrayna danışıqları ətrafında müəmmalı proseslər baş verdi. Əvvəl nümayəndə heyətləri arasında görüşün Bakı vaxtı ilə saat 11-də olacağı deyilsə də, gün ərzində bir neçə dəfə ertələndiyi bəlli oldu. Bu ertələnmənin səbəbi haqda isə jurnalistlər heç bir məlumat ala bilmədilər. Heyətlər arasında susqunluq davam edərkən Rusiya və Ukrayna rəsmiləri arasında söz döyüşü qızışdı. Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İstanbula danışıqlar üçün göndərdiyi nümayəndə heyətini “saxta” adlandırdı. “ABŞ Türkiyəyə yüksək səviyyəli nümayəndə heyəti göndərib. Rusiyanın nümayəndə heyətinin səviyyəsinə baxacağıq, gördüyümüz budur ki, saxtadır”, - Zelenski vurğulayıb. Əks tərəf isə Ukraynanı danışıqlarda maraqlı olmamaqda ittiham etdi. 

 Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Zelenskinin Rusiya nümayəndə heyətini “butaforik” adlandırmasına sərt reaksiya verib. O, Zelenskini “kloun” və “butaforik lider” adlandıraraq, Ukrayna tərəfinin bəyanatlarını ciddiyə almadıqlarını bildirib.

“Almaniya, Fransa və Britaniya Ukraynada sülh istəmir”. Rusiya xarici işlər naziri Sergey Lavrov belə deyib. Onun sözlərinə görə, Berlin, Paris və Londonun sülh istəmədiyinə dair çoxlu sübutlar var. Lavrov deyib ki, Trampın rəhbərliyi altında ABŞ administrasiyası normal vəziyyətə qayıdıb: “Siyasətçilər və diplomatlar danışmağa borcludurlar”.  Lavrov Zelenskini “aciz insan” adlandırıb və onun çıxışlarının ciddiyə alınmamalı olduğunu bildirib.

Nümayəndə heyətləri - kimlər var? 

Qeyd edək ki, Rusiyadan nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib. Ekspertlərin sözlərinə görə, Putinin bu qərarı onu göstərir ki, Moskva bu görüşü üç il əvvəl İstanbulda başlayan danışıqlar prosesinin davamı kimi qiymətləndirir. Medinski həm də Putin Rusiyasının əsas ideoloqlarından biri kimi tanınır.

Nümayəndə heyətinə Rusiya XİN başçısının müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir. Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar siyasət üzrə idarə rəisinin müavini Yelena Podobreyvskaya, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsi rəisinin müavini Vitali Şevtsov daxil edilib.

Ukraynanı isə ölkənin xarici işlər naziri Andriy Sıbiqa, Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak, Ukraynanın müdafiə naziri Rustem Umerov, Ukrayna Prezidentinin müşaviri İqor Yovkva və bir çox digər rəsmi şəxslər təmsil edib.

ABŞ dövlət katibi Marko Rubio və ölkənin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff da Türkiyəyə gəliblər. 

 Türkiyəyə gəlməklə Zelenski “xoş niyyət” nümayiş etdirib, lakin Putinin yerində “boş stul olacaq”. Bu sözlər Fransa xarici işlər naziri Jan-Noel Barrı tərəfindən səslənib. O əlavə edib ki, Putin sülh danışıqlarının başlanmasına maneələr yaradır və açıq şəkildə bu danışıqlara başlamağa hazır deyil - hətta prezident Trampın özünün vasitəçi olmaq niyyətini və hazır olduğunu ifadə etməsi də prosesə kömək etməyib.

Rəcəb Tayyib Ərdoğanın Volodimir Zelenski ilə görüşü başlayıb - Oxu.az

Zelenski Türkiyə Prezidenti Ərdoğanla görüşdən sonra keçirdiyi brifinqdə deyib ki, İstanbulda keçiriləcək Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə ölkənin müdafiə naziri Rustem Umerov rəhbərlik edəcək. 

Musavat.com xəbər verir ki, Zelenski bu barədə Ankarada keçirdiyi brifinqdə danışıb. Onun sözlərinə görə, Trampa və Ərdoğana hörmət əlaməti olaraq, eləcə də deskalasiya istiqamətində ilk addımı atmaq ümidi ilə Ukrayna bu görüşlərə qatılır.

Rəcəb Tayyib Ərdoğanın Volodimir Zelenski ilə görüşü başlayıb - Oxu.az

“Biz hələ də hesab edirik ki, Rusiya bu danışıqlara ciddi yanaşmır və müharibəni dayandırmaq istəmir. Amma biz buradayıq və birbaşa danışıqlara hazırıq”, - deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, Ukrayna nümayəndə heyəti İstanbulda 16 mayda da qalacaq və ABŞ, Türkiyə və Rusiya tərəfləri ilə görüşlər keçirəcək.

“Hazırda biz ABŞ və Türkiyə tərəflərindən bu gün və ya sabah görüşlərin saatı ilə bağlı konkretlik gözləyirik. Biz həmçinin Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqini istəyirik. Əgər Rusiya müharibənin dayandırılmasına real hazırlıq nümayiş etdirməsə, Ukrayna ABŞ, Aİ və Qlobal Cənub ölkələrindən Kremlə qarşı sərt iqtisadi təzyiqlər tələb edəcək”, - deyə Zelenski vurğulayıb.

Hakan Fidan: “Rusiya və Ukrayna prinsipcə atəşkəs fikri ilə razılaşıb”

Rusiya və Ukrayna prinsipcə atəşkəs fikri ilə razılaşıb.

APA xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Antalyada NATO XİN rəhbərlərinin qeyri-formal görüşündən sonra brifinqdə deyib.

Nazir qeyd edib ki, hər iki tərəfin atəşkəs üçün fərqli fikirləri var: “Ukrayna tərəfi qeyd-şərtsiz atəşkəsin təminini istəyir, Rusiya tərəfinin də öz şərtləri var. Bunun müzakirəsi üçün tərəflər bir araya gəlməli, razılaşmadıqları məsələləri razılaşdırmalıdır. Bunun üçün ABŞ vasitəsilə başladılan Ukrayna-Rusiya müzakirələri müəyyən mərhələyə gəlib. Tərəflər artıq bir nöqtəyə gəlməyə çalışırlar. Bizim bu danışıqlara davam etməyimiz lazımdır. Məqsəd sülhə nail olmaqdırsa, hər iki tərəf müəyyən güzəştlər etməlidir. Vasitəçilərin üzərinə mühüm vəzifələr düşür. Bu məsələdə biz hər cür dəstəyi əvvəldən veririk və bundan sonra da verəcəyik”.

Hakan Fidan eyni zamanda ABŞ və Suriyadan olan həmkarları ilə üçtərəfli görüşdə hansı məsələləri müzakirə edəcəyini açıqlayıb. O bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Tramp hakimiyyətə gələndən sonra qaldırdığı məsələlərdən biri də ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv etməsi idi: “Dünən Riadda ABŞ və Suriya prezidentlərinin görüşü, bir növ, həm tanışlıq xarakteri daşıyırdı, həm də ABŞ-ın Suriyaya qarşı sanksiyaları ləğv edəcəyinin ən yüksək səviyyədə elan edilməsi idi. Bu bizim diplomatik səylərimizin nəticəsi oldu. Bunu davam etdirmək lazımdır. Bu gün biz ABŞ və Suriyadan olan həmkarlarımla üçtərəfli görüşümüzdə dünən liderlər səviyyəsində əldə olunan razılaşmaların praktik olaraq həyata keçirilməsi üçün nə edilməli olduğunu müzakirə edəcəyik. Qarşımızda olan yol xəritəsini incələyəcəyik. Sanksiyaların ləğvi ilə paralel Suriyada olan ABŞ əsgərləri ilə bağlı məsələni də müzakirə edəcəyik. ABŞ əsgərlərini bölgəyə gətirən səbəblər aradan qaldırılarsa, onlar Suriyadan problemsiz şəkildə ayrıla bilər".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

Politoloq Elxan Şahinoğlunun da fikrincə, atəşkəsə nail olunmalıdır ki, güllələrin, mərmilərin havada uçuşmadığı, insanların ölmədiyi şəraitdə gələcək sazişin konturları ətrafında müzakirələr aparmaq mümkün olsun: “İstanbul müharibənin dayandırılması üçün ilk addım ola bilər, tərsi heç bir tərəfin uğur əldə etmədiyi müharibənin davamı demək olacaq. İstanbulda ikinci dəfə də razılaşma əldə olunmasa, yay aylarında müharibənin şiddətinin artacağını müşahidə edəcəyik”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 May 2025

BÜTÜN XƏBƏRLƏR