İnsanlara hürriyət, millətlərə istiqlal!

İsti havaya görə birgünlük TƏTİL ELAN EDİLDİ

İranın paytaxtı Tehran və ətraf bölgələrdə yüksək temperatur səbəbindən iyulun 23-də bütün dövlət qurumları və bankların fəaliyyəti dayandırılacaq.

Musavat.com xəbər verir ki, “IRAN Daily” nəşrinin yaydığı xəbərə görə, bölgədə havanın hərarəti 40°C-ni keçdiyindən, istiyə qarşı tədbir kimi rəsmi tətil tətbiq olunub. Rəsmilər bu addımı həm vətəndaşların sağlamlığını qorumaq, həm də enerji sərfiyyatını azaltmaq məqsədilə atdıqlarını bildiriblər.

Hökumətin nümayəndəsi Fatimə Mühacirani ictimaiyyətə müraciət edərək, günorta saatlarında açıq havaya çıxmamaq və elektrik, su kimi resurslardan qənaətlə istifadə etmək çağırışı edib.

Qeyd edək ki, bu, İranda yay fəslində isti hava şəraitinə görə elan edilən ilk məcburi tətil deyil. 2023-cü ildə iki gün, 2024-cü ilin əvvəlində isə bir gün bu səbəbdən iş rejimi dayandırılmışdı. Hazırkı addım isə istilərin regionda daha da şiddətlənəcəyindən xəbər verir.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR