İnsanlara hürriyət, millətlərə istiqlal!

İtkin qızlar 10 gün sonra tapıldı: Onları taksi sürücüsü gizlədibmiş - TƏFƏRRÜAT

Yetkinlik yaşına çatmayan qızları evində gizlədən, axtarışı aparılmasını bilə-bilə polisi məlumatlandırmayan taksi sürücüsü Sabunçu RPİ əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırma DİN-in nəzarətinə götürülüb.

***

Bakıda itkin düşmüş kimi axtarış aparılan şəxslər tapılıb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.

O deyib ki, paytaxtın Maştağa qəsəbəsində ailə üzvlərini məlumatlandırmadan itkin düşmüş kimi axtarış aparılan 2008-ci il təvəllüdlü A.H və 2007-ci il təvəllüdlü R.H polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə tapılıblar.

Hazırda onların qaçma səbəbləri və digər təfərrüatları araşdırılır.

***

20:58

Xəbər verdiyimiz kimi, Bakının Maştağa qəsəbəsində iki qız 10 gündür itkin düşmüşdü.

Musavat.com xəbər verir ki, 2008-ci il təvəllüdlü Hüseynova Aygün Bəhram qızı və 2007-ci il təvəllüdlü Hüseynova Reyhan Elşən qızı aprelin 16-dan itkin idi.

Polis əməkdaşları qızları bu gün tapıb. Onlar hələki ailəsinə təhvil verilməyib.

İlkin Muradov,
Muavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR