Onlayn ictimai-siyasi qəzet
Amerika kəşfiyyat agentlikləri hesab edirlər ki, ABŞ İranın Fordodakı yeraltı uranın zənginləşdirilməsi obyektinə zərbə endirəcəyi təqdirdə Tehran nüvə silahı yaratmağa başlaya bilər.
Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən The New York Times (NYT) yayıb.
Onların fikrincə, İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin İsrail tərəfindən öldürülməsi də İranı nüvə silahı yaratmağa sövq edə bilər. Nəşr qeyd edir ki, ABŞ kəşfiyyat agentlikləri hesab edir ki, Tehran hələ nüvə bombası yaratmaqla bağlı yekun qərar qəbul etməyib.
Dünən Ağ Evin mətbuat katibi Karolin Levitt deyib ki, Vaşinqton administrasiyasına görə, İran rəhbərliyi belə bir qərar qəbul edərsə, "bir neçə həftə" ərzində nüvə silahı yaratmaq imkanına malikdir.
Bu ilin martında ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard bildirmişdi ki, ABŞ kəşfiyyat orqanları Tehranın nüvə silahı yaratmaq üzərində işləməsinin heç bir əlamətini görmürlər. Həmçinin onun məlumatlarına görə, İranın ali lideri Əli Xamenei 2003-cü ildə dayandırılmış nüvə silahının inkişafı proqramının bərpasına fətva verməyib.
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ