İnsanlara hürriyət, millətlərə istiqlal!

İzləyicisinə "Yox" cavabı verən "Tiktoker" ÖLDÜRÜLDÜ

Pakistanda 17 yaşlı TikTok fenomeni Sana Yousaf uzun müddət onu narahat edən şəxs tərəfindən öldürülüb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, gənc qız İslamabaddakı evində güllələnib.

Qızın ölümünə səbəb olan təcavüzkarın uzun müddətdir internetdə ona eşq etirafları edən və dəfələrlə rədd cavabı alan 22 yaşlı gənc olduğu açıqlanıb.

Bu çərçivədə hadisə ilə bağlı polis araşdırması başladılıb və təcavüzkar qısa müddətdə nəzarətə götürülüb.

Səlahiyyətlilər hücumun soyuqqanlılıqla həyata keçirildiyini və şübhəlinin qətldən əvvəl saatlarla Yusafın evinin kənarında gəzdiyini bildirib.

Yousafın qətldən bir neçə saat əvvəl ad gününü qeyd etdiyi son videosu TikTok-da minlərlə izləyicisinin başsağlığı mesajları ilə dolub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR