Onlayn ictimai-siyasi qəzet
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov istirahət üçün getdiyi Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda dənizdə boğulma təhlükəsi ilə üzləşib.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, sahil təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən sudan çıxarılan Kadırov təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Məlumatda bildirilir ki, hadisə günorta saatlarında Bodrumun Kaynar məhəlləsində yerləşən beşulduzlu hoteldə baş verib.
İddiaya görə, dənizə girən Kadırov qəfil çırpınmağa başlayıb. Vəziyyəti görən işçilər dərhal təcili tibbi yardıma məlumat veriblər. Hadisə yerinə qısa müddətdə çatan tibb işçiləri Kadrova ilkin tibbi yardım göstəriblər.
İlkin müdaxilədən sonra o, təcili yardım maşını ilə özəl xəstəxanaya aparılıb.
Əldə olunan məlumata görə, xəstəxanada müalicə edilən Kadırovun sağlıq durumu yaxşıdır. Həkim müşahidəsi altında saxlanılan Çeçenistan liderinin həyatı üçün təhlükə yoxdur.
İqbal RZAYEV,
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ