Onlayn ictimai-siyasi qəzet
Türkiyənin “Roketsan” şirkəti İstanbulda keçirilən IDEF beynəlxalq müdafiə sərgisində adi yük konteyneri formasında maskalanmış raket buraxılış sistemini təqdim edib.
Musavat.com "RIA Novosti"yə istinadən xəbər verir ki, uzunluğu 6 və ya 12 metr olan konteynerdən eyni anda 6 ədəd “yer-yer” tipli “Kara Atmaca” (ATMACA-UM) qanadlı raketinin buraxılması nəzərdə tutulur.
Raketlərin maksimal uçuş məsafəsi 300 kilometrə qədərdir.
Qeyd olunur ki, konteynerin daxilində həmçinin raket buraxılışını idarə edən komanda məntəqəsi də yerləşdirilib.
Məlumata görə, bu kamuflyaj silahların avtomobil, dəmir yolu və ya dəniz nəqliyyatı vasitəsilə gizli daşınmasına imkan yaradır. Sistem həm quruda, həm də dənizdə, limanların, strateji su yollarının və sahil xəttinin qorunmasında istifadə edilə bilər.
Musavat.com
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ