İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada səfiri Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən yazdı

Kanadanın Ermənistandakı səfiri Endryu Törner Tavuş bölgəsinə səfəri zamanı Avropa İttifaqının (Aİ) müşahidə missiyası ilə görüşüb və sərhəddə aparılan işlərlə tanış olub.

Musavat.com xəbər verir ki, diplomat bildirib ki, Kirants ərazisində sərhəd işlərinin necə irəlilədiyini yerində görmək sevindiricidir:

"Həmişə Aİ Missiyasının nümayəndələri ilə görüşmək xoşdur və bu dəfə Tavuş bölgəsinə səfər zamanı belə bir imkan oldu. Kirants ərazisində sərhəddə görülən işlərin necə irəlilədiyini görmək sevindiricidir”.

Səfir əlavə edib ki, Kanada bu missiyanın mühüm fəaliyyətinə verdiyi töhfə ilə fəxr edir:

"Kanada, Aİ Missiyasının vacib işinə verdiyi töhfə ilə qürur duyur".

Qeyd edək ki, Rəsmi Bakı dəfələrlə bildirib ki,  Avropa İttifaqının mülki müşahidə  missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyətinə ehtiyac yoxdur. 2022-ci ilin dekabrından başlayaraq formalaşdırılmasına start verilmiş bu missiya əslində regionda gərginlik yaradır. 

Azərbaycan hər zaman sülhdən yanadır və sülhün əldə olunması üçün danışıqlar prosesində fəal iştirak edir. Ermənistan və onu qızışdıran qüvvələr isə hələ ki, real nəticələrin əldə olunmasına şərait yaratmırlar..

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR