Onlayn ictimai-siyasi qəzet
Belarus Prezidenti Aleksandr Lukaşenko fermerləri və məmurları kartof yığımı ilə bağlı "zarafat etməməyə" çağırıb.
Məsələ ilə bağlı müşavirədəki çıxışını Belarus liderinin mətbuat xidmətinə yaxın olan "Pul Pervoqo" teleqram kanalı yayıb.
"Allah eləməsin ki, mənə hesabat versinlər ki, siz kartofu yetişdirməmisiniz. Və biz gələn il mart-aprel aylarında yenə narahat olacağıq ki, kartofumuz çatmadı", - Belarus lideri xəbərdarlıq edib.
O əlavə edib ki, narahatlığına baxmayaraq, ölkədə kartof istehsalının "onu necə yetişdirəcəyini bildiyi" fərdi təsərrüfatlarda cəmlənməsi onu arxayın edir. O, məsələ ilə bağlı respublikanın kənd təsərrüfatı və ərzaq naziri Yuri Qorlova müraciət edib.
Lukaşenko kartof yığımı məsələsinə ciddi yanaşmağı tələb edib:
"Bu gün zarafat etmək olmaz! Keçən il zarafat etmişdik - əhalidən qulağımızın dibinə şillə aldıq. Biz isə prezidentdən tutmuş rayon icra komitələrinin sədrlərinə qədər özümüzə haqq qazandırmağa çalışdıq ki, Rusiyada kartof 3 dəfə bahadır - ora ixrac olunurdu"./qafqazinfo
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ