İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş nazir Starovoytun “unikal həyatı”: Özünü güllələdikdən sonra da iclas keçirdi…

Rusiyada keçmiş nəqliyyat naziri Roman Starovoytun müəmmalı intiharı ilə bağlı detallar daha da absurd şəkil alır.

Musavat.com-un Rusiya mənbələrinə istinadla verdiyi xəbərə görə, bəzi kanallar onun 5-dən 6 iyula keçən gecə intihar etdiyini yazır. Məsələn, Baza qeyd edir ki, Starovoyt həmin gün qızının yarışına gedib, onu qucaqlayıb, sonra isə həyatına son qoyub.

Amma Mash kanalı tamam fərqli bir “fantastik ssenari” təqdim edir: onlar bildirir ki, Starovoyt hələ bu gün səhər Nəqliyyat Nazirliyində olub, iclas keçirib, hər kəslə sağollaşıb və ancaq bundan sonra evə gedib. Üstəlik, onun cəsədi saat 15:00 radələrində Tesla avtomobilində aşkarlanıb.

Bu qədər ziddiyyətli informasiyalar rus sistemində ölüm və həyatın necə paralel getdiyini göstərir:

• Bir tərəfdə gecə intihar edən nazir obrazı,
• Digər tərəfdə səhər kabinetində iclas keçirib hamıya “yaxşı yol” deyən nazir obrazı.

Sarkazmla desək, görünür, Roman Starovoyt o qədər unikal dövlət xadimi imiş ki, ölmədən əvvəl öz nazirlik işlərini tam qaydasına qoyub, tapşırıqları verib, kabinetindəki “işlərini toparlayıb”, sonra isə rahatca avtomobilinə əyləşib və… həyatına son qoyub.

Bəzi siyasi şərhçilər isə bu ziddiyyətlərin texniki qarışıqlıq deyil, əksinə, ölüm tarixlərinin bilərəkdən manipulyasiya edilməsindən qaynaqlana biləcəyini iddia edirlər.

 

Musavat.com

1870a31e-a490-4767-be96-0eb105ffce5c.jpeg (67 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR