Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, KXDR lideri Kim Çen In yaxın günlərdə Çinə səfər edəcək. Onun gəlişi Pekində İkinci Dünya müharibəsində Yaponiyanın kapitulyasiyasının 80 illiyinə həsr olunmuş hərbi paradda iştirakla bağlıdır.
Səfər adi deyil – Pxenyandan Pekinə yol təxminən bir sutka çəkəcək. Səbəb isə şimal qonşunun klassik “super təhlükəsizlik” qaydalarıdır: xüsusi qatar, bağlanan yollar, diqqətlə seçilmiş marşrut və protokol.
Maraqlıdır ki, bu, 1959-cu ildən bəri Şimali Koreya liderinin Çin hərbi paradına ilk qatılımı olacaq. Üstəlik, Kim Çen In 2019-cu ildən bəri Pekinə ilk dəfə gedir.
Analitiklər hesab edirlər ki, bu səfərlə KXDR beynəlxalq təcridini yumşaltmaq, həm Çinlə, həm də Rusiya ilə münasibətlərini gücləndirmək niyyətindədir.
Yəni, Kim Çen In bir tərəfdən paradda qonaq olacaq, digər tərəfdən isə dünya siyasətinin ən gur tribunasında “mən də buradayam” mesajı verəcək.
Musavat.com
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ