Onlayn ictimai-siyasi qəzet
Ukrayna Rusiya prezidenti Vladimir Putini Ukrayna aviazərbələri ilə bağlı “şikayətlənməyi dayandırmağa” və ədalətli sülh üçün danışıqlara başlamağa çağırıb.
Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında deyilir. Bildirilib ki, Rusiya lideri “təyyarələrinə edilən hücumlara görə ağlamağı dayandırmalı, ən azı 30 günlük atəşkəsə razılaşmalı, qeyri-real ultimatumlarından imtina etməli, Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən yayınmaqdan əl çəkməli və ədalətli, dayanıqlı sülh üçün səmimi danışıqlara başlamalıdır”.
Rəsmi Kiyev bəyan edib ki, Ukrayna bu cür danışıqlara hazırdır, lakin Rusiya tərəfi mütəmadi olaraq prosesi uzadır və müharibəni davam etdirmək üçün bəhanələr axtarır.
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ