Onlayn ictimai-siyasi qəzet
Almaniya Ukraynaya əlavə olaraq 1,9 milyard avro hərbi yardım ayırmağı planlaşdırır.
Musavat.com Unian-a istinadən xəbər verir ki, məlumatl Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə Vladimir Zelenski ilə görüşündən sonra açıqlayıb.
Nazir bildirib ki, ilkin büdcə layihəsində bu il üçün Ukraynaya hərbi yardımın məbləği 4 milyard avro nəzərdə tutulub: "Almaniya adından demək istəyirəm ki, biz bu il Ukraynaya 4 milyard avro yardım planlaşdırmışdıq. Son aylarda biz bu yardımı 7 milyard avroya çatdırdıq. İstəyirik ki, daha 1,9 milyard avro əlavə edək, amma hələlik yekun qərar yoxdur”.
Martın 21-də Bundestaqın (Almaniya parlamenti) Büdcə Komitəsi Almaniya Maliyyə Nazirliyinin 2025-ci ildə Kiyevə 3 milyard avro məbləğində əlavə hərbi yardım göstərmək xahişini təsdiqləyib. Bundan əvvəl Ukraynaya hərbi dəstək üçün büdcəyə 4 milyard avro, yəni 2025-ci ildə ümumilikdə 7 milyard avro daxil edilib. Beləliklə, indi Almaniya hakimiyyəti onu 2025-ci ildə demək olar ki, 9 milyard avroya çatdırmaq istəyir. Əlavə yardımla bağlı yekun qərarı Bundestaq verəcək.
Musavat.com
13 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ