Faruk Turğutun rəhbəri olduğu “Gold Film” şirkətinin istehsalı olan “Kızılcık Şerbeti” serialının 4-cü mövsümünün dəyişiklik olmasa, 12 sentyabr cümə axşamı çox iddialı bir bölümlə efirə qayıtması planlaşdırılır.
Serial yeni mövsümə yeni rejissorla başlayır.
Melis Civelek və Zeynəb Gürün qələmə aldığı layihənin rejissoru artıq “Kızıl Goncalar” serialı ilə tanınan Özgür Sevimli olacaq.
Son mövsümün rejissoru Aydın Bulutun isə başqa bir layihə üzərində işlədiyi bildirilib.
Serialın heyətinə Erkan Avcıdan sonra daha bir uğurlu aktyor qoşulub.
“Yasak Elma” serialında canlandırdığı “Emir” obrazı ilə yadda qalan Serkan Rutkay Ayıköz “Kızılcık Şerbeti”nin yeni mövsümündə yer alacaq.
O, Asude obrazını canlandıran Servet Pandurun serialdakı bacısı oğlu Asil rolunda çıxış edəcək və Erkan Avcının canlandırdığı obrazın köməkçisi olacaq. (Olay)
ŞƏRHLƏRŞƏRH YAZ