Onlayn ictimai-siyasi qəzet
Azərbaycan şou-biznesində uzun illərdir ki, toy bazarı təkcə müğənnilərin deyil, həm də aparıcı və aktyorların gəlir mənbəyinə çevrilib. Bu sırada “Komedixana” layihəsinin aktyorları da xüsusi yer tutur.
Musavat.com xəbər verir ki, onların toy və tədbir qiymətləri isə bəzən müğənniləri belə kölgədə qoyur.
Zarina Qurbanova
Zarina adını toylarda tez-tez eşitməyə bilərsiniz. Çünki o, sırf korporativ tədbirlər üçün “book” edilir. Böyük şirkətlərin illik tədbirləri, yeni məhsul təqdimatları və ya ilin sonu əyləncələri – bu xanımın əsas auditoriyasıdır. Zarina belə tədbirlər üçün 3000-7000 manat arası qonorarla səhnəyə çıxır. Onun proqramı isə standart yumor yox, ssenarili çıxışlar və yüksək səviyyəli səhnə mədəniyyəti ilə seçilir.
Ənvər və Həsrət
Ənvər Abbasov və Həsrət Həsrətov uzun illərdir ki, səhnədədirlər, lakin onların toylarla arası yoxdur. Onlar öz sənətlərini yalnız tamaşa, televiziya və reklam layihələrinə həsr ediblər. Bir sözlə, “toy aparıcısı deyiləm” deyənlərin şərəfini qoruyurlar.
Xəyalə Quliyeva
Əgər şən, enerjili və eyni zamanda peşəkar bir toy aparıcısı axtarırsınızsa, Xəyalə Quliyevanın adı ilk sırada gəlir.
O, sırf toy bazarında fəaliyyət göstərən “Komedixana” üzvlərindəndir. Gəlin və bəyin səhnəyə gətirilməsi, ailə ilə bağlı zarafatlı məqamlar, qonaqları aktivləşdirən oyunlar – Xəyalənin proqramında bunların hamısı var. Qiymət isə 5000-8000 manat arası dəyişir. Tələbat da az deyil, çünki bir mövsümdə onlarla tədbirdə çıxış edir.
Cavidan Novruz
Cavidan isə özünü aparıcı yox, ifaçı kimi təqdim edir.
Toylara yarım saatlıq musiqi proqramı ilə qatılır. Səhnəyə çıxıb, canlı oxuyur və dinamik atmosfer yaradır. Bu yarım saatlıq çıxış üçün isə 3000 manat qonorar tələb edir. Eyni zamanda bəzi şou-proqramlarda da aparıcılıq etdiyi olur.
Mənsur Şərif
Mənsur Şərif fərqli yoldadır.
O, nə oxuyur, nə aparıcılıq edir. Ancaq adı yetərlidir ki, tədbirin “highlight”ına çevrilsin. Onun tədbirlərə qatılması bir növ “qonaq fenomen” formatındadır. Sosial şəbəkələrdə populyarlığı və orijinal tərzi sayəsində məkan sahibləri və təşkilatçılar tərəfindən xüsusi dəvət olunur. Qiyməti isə tədbirin miqyasından və tələblərdən asılı olaraq dəyişir.
Könül İbrahim
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ