İnsanlara hürriyət, millətlərə istiqlal!

Kostanyandan həyasız açıqlama: İrəvan Putini KTMT ilə şantaj edir

Ermənistan Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) şantaj etməyə başlayıb. İrəvanın rəsmi təmsilçiləri təşkilatın və xüsusilə Rusiya Federasiyasının Azərbaycanla sərhəddə baş verən hadisələrə reaksiya vermədiyini əsas gətirərək KTMT-dən çıxmaqla hədələyir.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə açıqlamasında bəyanat verib.

“Biz təkcə KTMT-yə eyham vurmuruq, həm də açıq şəkildə deyirik ki, bu, uzun müddət belə qala bilməz. Əgər KTMT-nin üzvləri – o cümlədən Rusiya – Ermənistanın suveren ərazilərinə Azərbaycan tərəfindən hücumla bağlı siyasi bəyanatlar verməsələr, o zaman Ermənistan yekun qərarını verəcək”, - deyə Kostanyan bildirib.

Erməni nazir müavininin fikrincə, təşkilatın passivliyi Ermənistanın suverenliyinə təhdid kimi qiymətləndirilir və bu vəziyyət KTMT ilə münasibətlərin gələcəyini sual altına salır.

O əlavə edib ki, Ermənistan nə vaxt KTMT-dən çıxacağına özü qərar verəcək:

“Ermənistan Respublikası suveren dövlətdir və bu və ya digər addımı nə vaxt atacağına özü qərar verir”.

Kostanyan çıxışında Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlığa da toxunub. Bildirib ki, Ermənistan bu strukturun üzvü olaraq qalır və bu platformada əlaqələri dərinləşdirməkdə davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR