Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Vindzorda keçirilən Kral Atçılıq Şousunda möhtəşəm təqdimatla yadda qalıb.
Musavat.com xəbər verir ki, ənənəvi “Royal Windsor Horse Show” çərçivəsində ölkəmiz bu il ilk dəfə 130 nəfərlik nümayəndə heyəti ilə təmsil olunub.
Heydər Əliyev Fondunun dəstəyi və Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanan proqramda Dövlət Sərhəd Xidmətinin süvariləri və rəqs ansamblı 20 Qarabağ atı ilə çıxış edib.
Qarabağ atlarının ustalıqla nümayiş etdirildiyi proqram milli rəqslərlə müşayiət olunub və böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Böyük Britaniya Kralı III Çarlz Azərbaycan heyətinin çıxışını ayaqüstə izləyib. Onun diqqətlə və məmnunluqla tamaşa etməsi təqdimata göstərilən yüksək marağın göstəricisi kimi dəyərləndirilir.
Möhtəşəm çıxışın videosunu təqdim edirik:
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ