Onlayn ictimai-siyasi qəzet
Müharibə Araşdırmaları İnstitutu (ISW) Moskvanın ABŞ-ı Ukrayna münaqişəsindən yayındırmağa çalışdığını bildirir.
Musavat.com xəbər verir ki, institutun məlumatına görə, Kremlin məqsədi ABŞ-ın münaqişənin dayandırılması üçün göstərdiyi səyləri azaltmaq, bunun əvəzinə ikitərəfli münasibətlərin və iqtisadi layihələrin inkişafına yönəltməkdir.
ABŞ Dövlət katibi Antoni Rubionun rusiyalı həmkarı Sergey Lavrovla görüşündə diqqət müharibə ilə əlaqəsi olmayan məsələlərə — iqtisadiyyat, humanitar əməkdaşlıq və diplomatiyaya yönəldilib.
Rusiya bu görüşlərdə ABŞ-la münasibətlərdə “irəliləyiş” olduğunu iddia edir.
ISW isə Kremlin məqsədinin müharibənin dayandırılması istiqamətində diplomatik təzyiq və səyləri zəiflətmək olduğunu vurğulayır.
Musavat.com
13 Iyul 2025
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ