İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edir

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dəstək verməyə hazırdır – əgər bu, tərəflər tərəfindən tələb olunarsa.

“Biz dəfələrlə bəyan etmişik: əgər bu prosesdə iştirakımız tələb olunarsa, Rusiya vasitəçi kimi sülh danışıqlarına töhfə verməyə hazırdır,” – deyə Peskov brifinqdə bildirib.

Musavat.com-un məlumatına görə Kreml nümayəndəsi vurğulayıb ki, Rusiya regionda sabitliyin bərqərar olmasında maraqlıdır və tərəflər arasında dayanıqlı sülhün əldə olunması üçün imkan daxilində dəstək verməyə davam edəcək.

Hazırda Bakı və İrəvan arasında sülh danışıqları Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi ilə aparılır. Rusiya isə bir müddətdir bu prosesdə daha passiv rol oynasa da, özünü hələ də əsas regional aktor və potensial vasitəçi kimi təqdim edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR