İnsanlara hürriyət, millətlərə istiqlal!

Kürdəmirdə uşaq bağçasında yanğın

Kürdəmir şəhərində uşaq bağçasında yanğın olub.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, şəhərdə fəaliyyət göstərən uşaq bağçasının ərazisində 7 m² sahədə taxta tullantıları, bitişik ümumi sahəsi 800 m² (hər mərtəbəsi 400 m²) olan ikimərtəbəli 16 otaqlı bağça binasında iki otağın yanar konstruksiyaları 50 m² sahədə, 2 ədəd pəncərə çərçivəsi, 8 ədəd çarpayı və dam örtüyünün taxta atmaları 25 m² sahədə yanıb.

Bağça binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR