Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən deputat Fazil Mustafa 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü ilə bağlı təbriklərini söyləyib.
Musavat.com xəbər verir ki, ardınca F.Mustafa demoqrafik məsələlərə diqqət çəkib.
Həmçinin bu məsələ ilə bağlı ciddi narahatlıq doğuran faktları xatırladıb:
“Statistikada qeyd olunur ki, son 5 ildə Azərbaycanda 83 min nikahdankənar uşaq doğulub. 9 min uşağı 15-19 yaşlı qızlar dünyaya gətirib. Bu, ailə institutu üçün olduqca böyük faciəvi problemdir. Biz bu istiqamətdə cəmiyyətdə ictimai müzakirə yaratmalıyıq. Necə etməliyik ki, ailə institutunu qoruya bilək?”
E.Paşasoy,
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ