Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, iyulun 16-da Laçın rayonunun Hoçaz və Mollalar kəndləri ətrafında dağlıq ərazidə baş vermiş meşə yanğını ilə bağlı aparılmış araşdırmalar nəticəsində yanğın hadisəsinin ehtiyatsız davranış nəticəsində törədildiyi müəyyən olunub. Belə ki, Laçın rayon Sus kənd sakini olan 3 nəfərin dağlıq ərazinin meşə massivində yandırdıqları ocaq çətin relyefli 14 hektar sahəyə yayılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Laçın rayonu, Sus kənd sakinləri Zahid və Yaşar Həsənov qardaşları saxlanılıblar.
17 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ