Onlayn ictimai-siyasi qəzet
Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verərək bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında baş tutan telefon danışığı Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli həllinə ehtiyacı başa düşdüyünü təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu barədə Lavrov “Rossiya-24” telekanalına müsahibəsində deyib:
"Bu böhranın bir daha təkrarlanmaması və regionda yerləşən bütün dövlətlərin, həmçinin orada yaşayan xalqların qanuni hüquqlarının təmin olunması zəruridir. Bu anlaşma prezident Putinlə prezident Tramp arasında dünən gecə baş tutan telefon danışığında təsdiqlənib".
O həmçinin bildirib ki, Alyaskada Rusiya-Amerika danışıqları zamanı sanksiyalar məsələsi gündəmə gətirilməyib.
Lavrovun sözlərinə görə, Donald Tramp Rusiyaya səfərə dəvət olunub.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ