Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Qərb ölkələrini Rusiya ilə qarşıdurmanı qızışdırmaqda ittiham edib. O, Ukrayna ilə bağlı danışıqların çətin və qeyri-müəyyən şəraitdə aparıldığını bildirib.
Musavat.com xəbər verir ki, Lavrov bu fikirləri çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Qərb paytaxtları Moskva ilə açıq qarşıdurma axtarışındadır:
“Ukrayna üzrə danışıqların problemsiz keçəcəyinə heç bir zəmanət yoxdur, lakin bu təmaslara bir şans verilməlidir”, – deyə o bildirib.
Lavrov xüsusilə Böyük Britaniyanı sərt şəkildə tənqid edib və bildirib ki, Londondan Ukrayna Prezidentinə – Volodimir Zelenskiyə dəstək üçün Britaniyanın milli təhlükəsizlik üzrə müşaviri ezam olunub.
“İngilislər Zelenskini dünya siyasətinin cəngəlliklərində bələdçi kimi aparırlar”, – deyə Lavrov qeyd edib.
Nazir həmçinin Qərbin son günlərdə “atəşkəs” sözünü arxa plana keçirdiyini bildirib və bunu Ukraynanın hərbi hazırlıqlarına yaşıl işıq kimi qiymətləndirib.
Sərt ritorikanı davam etdirən Lavrov, bütün Avrasiya qitəsini əhatə edən ortaq təhlükəsizlik strukturu yaradılmasının vacibliyini vurğulayıb.
Bununla yanaşı, Lavrov ABŞ-la qarşılıqlı faydalı iqtisadi əməkdaşlıqdan imtina etmədiklərini, hətta ABŞ Prezidenti Donald Trampın da bu istiqamətdə maraqlı olduğunu qeyd edib.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ