Onlayn ictimai-siyasi qəzet
Lənkəranda avtomobil velosipedlə hərəkət edən kişini öldürüb.
Musavat.com xəbər verir ki, 23 yaşlı Səfərli Cavid idarə etdiyi "Toyota Prius" markalı avtomobil ilə hərəkətdə olarkən yolda velosipedlə hərəkət edən 49 yaşlı Teymurov Rasimi vurub. Yol-nəqliyyat hadisəsi zamanı R.Teymurov hadisə yerində aldığı xəsarətlərdən ölmüşdür.
Faktla bağlı Lənkəran şəhər-rayon polis şöbəsinin istintaq bölməsində araşdırma aparılır.
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ