İnsanlara hürriyət, millətlərə istiqlal!

“Leyla”nın aktrisası sevgilisindən ayrıldı

“Leyla” serialının ulduzu Cemre Baysel aktyor sevgilisi Aytaç Şaşmazla yollarını ayırıb.

Musavat.com xəbər verir ki, “Baht oyunları” serialında tanış olub münasibətə başlayan cütlük növbəti dəfə ayrılıq qərarı alıb.

Evlilik yolunda olduqları düşünülən Baysel və Şaşmaz 2022-ci ildə yollarını ayırsalar da, 2024-cü ilin ortalarında yenidən bir araya gələrək münasibətlərinə ikinci şans vermişdi.

Cütlük hansı səbəbdən münasibətlərinə son qoyduqalarını açıqlamayıb. Lakin yaxınları bildirib ki, onların barışdırma cəhdləri boşa çıxıb, hər iki tərəf barışmaqdan imtina edib.

Könül
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Iyun 2025

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR