Onlayn ictimai-siyasi qəzet
Argentina futbolunun əfsanəsi Lionel Messi Azərbaycan mini-futbol yığmasını dünya çempionatındakı möhtəşəm qələbəsi münasibətilə təbrik edib.
Musavat.com xəbər verir ki, məşhur futbolçu bu münasibətlə xüsusi video-müraciət yayımlayıb. Messi təbrikində Azərbaycan komandasına böyük uğur arzulayıb və onların çempionluğunu qeyd edib.
“Sizi mini-futbol üzrə dünya çempionatındakı qələbə münasibətilə təbrik edirəm. Uğurlarınızın davamını arzulayıram!” – deyə Lionel Messi bildirib.
Azərbaycan mini-futbol millisi bu yaxınlarda keçirilmiş Dünya Çempionatında böyük uğura imza ataraq qızıl medal qazanıb. Bu tarixi uğur təkcə ölkə daxilində deyil, beynəlxalq futbol dairələrində də yüksək qiymətləndirilib.
Messinin bu jesti sosial şəbəkələrdə geniş rezonans doğurub və azərbaycanlı futbolsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Musavat.com
04 Iyun 2025
03 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ