İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonda Britaniya Baş nazirinə sui-qəsd cəhdi: İkinci şübhəli hava limanında SAXLANILDI

Böyük Britaniyanın Baş naziri Keir Starmerin evini yandırmaq cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.

Musavat.com xəbər verir ki, “The Guardian” nəşrinin məlumatına görə, 26 yaşlı kişi şənbə günü, yerli vaxtla saat 13:45-də Londondakı Luton hava limanında yaxalanıb.

Onun insanların həyatına təhlükə yarada biləcək şəkildə qəsdən yanğın törətməyə hazırlaşdığı bildirilib. Saxlanılma əməliyyatı London polisinin antiterror bölməsi tərəfindən həyata keçirilib. Bu bölmənin cəlb edilməsi cinayətin Böyük Britaniya hökumət başçısı ilə əlaqəli olması ilə izah olunur. Hazırda şübhəli şəxs dindirilməkdədir.

Xatırlatma: 13 may tarixində London polisi Britaniyanın Baş naziri Keir Starmerin şəxsi evində baş verən yanğınla bağlı cinayət işi açmışdı. Hadisə 12 mayda Londonun şimalında baş verib və xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdı.

Bundan əvvəl isə 21 yaşlı Ukrayna vətəndaşı Roman Lavrinoviç bu iş üzrə artıq həbs edilmişdi. “Bloomberg”in yaydığı məlumata görə, ona qarşı üç maddə üzrə – insanların həyatına təhlükə törətmək məqsədilə törədilmiş qəsdən yanğın hadisələri ilə bağlı ittiham irəli sürülüb. Bütün bu ittihamlar Britaniya Baş nazirinin daşınmaz əmlakına yönəlik cinayət əməlləri ilə əlaqəlidir.

Hadisə Britaniya ictimaiyyətində ciddi narahatlıq doğurub və dövlət rəhbərlərinin təhlükəsizliyinin yenidən nəzərdən keçirilməsinə dair çağırışlara səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 May 2025

17 May 2025

BÜTÜN XƏBƏRLƏR