İnsanlara hürriyət, millətlərə istiqlal!

Los-Ancelesdə komendant saatı tətbiq olundu

Los-Anceles meri Karen Bass davam edən etirazlar və iğtişaşlar səbəbindən şəhərin mərkəzində komendant saatı elan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, mer qərarını mətbuat konfransında açıqlayıb:

"Vandalizmi və talanları dayandırmaq üçün Los-Anceles şəhərinin mərkəzində komendant saatı tətbiq edirəm. Əgər Los-Ancelesin mərkəzində yaşamır və ya işləmirsinizsə, ərazidən uzaqlaşın. Hüquq-mühafizə orqanları komendant saatını pozanları həbs edəcək".

Mer qeyd edib ki, məhdudiyyətlər yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 07:00) qüvvəyə minəcək və səhər saat 06:00-a qədər (Bakı vaxtı ilə 17:00) qüvvədə qalacaq.

Bass qeyd edib ki, komendant saatının bir neçə gün qüvvədə qalması planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR