Onlayn ictimai-siyasi qəzet
Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampı Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasında göstərdiyi yaxşı fəaliyyətə görə təbrik edib.
Musavat.com xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont məlumat verib.
Eysmont bildirib ki, telefon danışığı zamanı iki ölkə lideri Cənubi Qafqazdakı vəziyyətlə yanaşı, İran və Yaxın Şərq məsələlərini də müzakirə ediblər. Lukaşenkonun fikrincə, bu məsələlərdə irəliləyiş əldə olunacaq.
Musavat.com
16 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ