Onlayn ictimai-siyasi qəzet
Kanada, Böyük Britaniya ilə birlikdə Aleksandr Lukaşenkonun həyat yoldaşı Qalina Lukaşenko da daxil olmaqla 9 fiziki şəxsə və 12 quruma sanksiyalar tətbiq edib.
Musavat.com xəbər verir ki, bu barədə Kanada hökumətinin rəsmi saytında məlumat verilib. Sanksiyaların Belarusda keçirilən saxta prezident seçkiləri və davam edən insan haqları pozuntularına cavab olaraq tətbiq edildiyi bildirilib.
Kanada hökumətinin bəyanatında vurğulanır ki, sanksiyalara məruz qalan şəxslər arasında insan hüquqlarının kobud şəkildə pozulmasında iştirak edənlər və daha əvvəl sanksiya tətbiq olunmuş şəxslərlə birbaşa əlaqəsi olanlar da var.
Sanksiyalara məruz qalan təşkilatlar arasında OMON, GUBOPiK və KQB də yer alır. Bundan əlavə, Belarusun hərbi-sənaye kompleksində fəaliyyət göstərən və Rusiyaya hərbi texnika istehsal edib tədarük edən 9 müəssisə və onlarla əlaqəli şəxslərə də məhdudiyyətlər qoyulub.
Sanksiya siyahısına Qalina Lukaşenko ilə yanaşı Olqa Marşaloviç, Artem və Maksim Balabalar, İrina və İqor Karpenkovlar, Vladislav Pavlenko, Vladimir Çudakov və Andrey Ananenko daxildir. Hüquqi şəxslərdən isə “Stankogomel”, BMZ, “Legmash”, “KB Pilotsuz Helikopterlər”, “Additiv Texnologiyaları Laboratoriyası” MMC, “Ruçservomotor”, Minsk Podşipnik Zavodu, Minsk Ötürücü Zavodu və “Vistan” qeyd edilib.
Mənbə: https://www.currenttime.tv/a/kanada-vvela-sanktsii-protiv-galiny-lukashenko-i-gubopik/33290824.html
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ